Futbolçu reklam tablosuna təpik vurdu, dəqiqələrlə ayağını çıxara bilmədi – VİDEO

Belarusda yerli futbol çempionatı çərçivəsində gülməli hadisə baş verib.

SOSİUM.az xəbər verir ki, “Slutsk” və “Vitebsk” klublarının görüşü zamanı ev sahiblərinin rusiyalı futbolçusu Artyom Serdyuk sürətini tarazlaya bilməyərək, topun dalınca qaçarkən meydançadan çıxıb.

Nəticədə topun yerinə futbolçu meydançadan kənarda yerləşən reklam tablosuna ayağı ilə zərbə endirib.

Qeyd etmək lazımdır ki, tablonu deşən A.Serdyuk bir müddət ayağını oradan çıxara bilməyib.

Görüş isə 1:1 hesabı ilə bitib.

Oxşar xəbərlər