Gələn ilin məhkəməyə ayrılacaq vəsait bəlli olub

Gələn ilin Azərbaycanın dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün ayrılacaq vəsaitin xüsusi çəkisi açıqlanıb.

SOSİUM.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Gələn il məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına ayrılan vəsaitin həcmi büdcə xərclərinin 8 faizi həcmində olacaq.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına ayrılacaq vəsaitin həcmi 2 mlrd. manatdan çox olacaq.

Oxşar xəbərlər