Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini elan etdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən Azərbaycan Respublikasının Gənclər Fondu 14 iyul – 23 avqust 2019-cu il tarixlərində 13-cü qrant müsabiqəsini keçirmişdir.

SOSİUM.az xəbər verir ki, Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 161 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilmişdir. 13-cü qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Fondun web saytında keçid vasitəsi ilə tanış olmaq mümkündür.

Oxşar xəbərlər