Goranboyda iki ev yararsız hala düşüb

Ötən gün axşam saatlarından Ermənistan ordusu Goranboy rayonunun Tapqaraqoyunlu kəndini iriçaplı silahlardan atəşə tutmağa başlayıb.

SOSİUM.az xəbər verir ki, nəticədə kənd sakinləri Binnətov Bayram və Qarayeva Səbinəyə məxsus evlərə mərmi düşüb. Hər iki evə ciddi ziyan dəyib. Ev sahibləri həmin vaxt evdə olmadığından xəsarət alan və ölən olmayıb.

Oxşar xəbərlər