Göyçayda avtomobil qəzası: 5 yaralı

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SOSİUM.az xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Volkswagen” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti daha ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər