Gürcüstan müxalifəti seçki bloku yaradıb

Gürcüstanın 5 müxalifət partiyası parlament seçkiləri öncəsi seçki bloku təsis edib.

SOSİUM.az xəbər verir ki, birliyə Vahid Milli Hərəkat Partiyası, Respublika Partiyası, “Dövlət xalq naminə”, “Biz özümüz” hərəkatları, Tərəqqi və Azadlıq Partiyası daxildir.

Siyasi təşkilatlar parlament seçkilərinə “Birləşmiş müxalifət – Güc birlikdədir” adlı blokla qatılacaqlar.

Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilər oktyabrın 31-də keçiriləcək.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir