Ən çox azərbaycanlılar maşın gətirib

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 156 155,9 min dollar dəyərində avtomobil ixrac edib.

SOSİUM.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Qeyd olunub ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 8 587,4 min dollar və ya 5,5% çoxdur. Belə ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində isə Gürcüstan Azərbaycana 147 568,5 min dollar dəyərində avtomobil ixrac edib.

Bu ilin ilk 8 ayında Gürcüstanın avtomobil ixracının 60,04%-i Azərbaycanın payına düşüb.
Qeyd edək ki, Gürcüstan bu il 260 073,5 min dollar dəyərində avtomobil ixrac edib. Bu, illik ifadədə 37,2% azdır. Hesabat dövründə avtomobil ixracı Gürcüstanın ümumi ixracının 12,6%-nə bərabər olub.

Oxşar xəbərlər