Həftənin oyunçusu kim ola bilər?

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

SOSİUM.az xəbər verir ki, namizədlər sırasında ötən gecə turnirin qalibi olan “Bavariya”dan Manuel Noyer, Kinqsli Koman, Tiaqo Alkantara, finalda Münhen klubuna uduzan (0:1) PSJ-dən isə Markinyos yer alıb.

Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.

Xatırladaq ki, “Bavariy” Kinqsli Komanın qolu ilə qalib gələrək tarixində 6-cı dəfə ÇL-i qazanıb.

Oxşar xəbərlər