“Həm qürurdan, həm də kədərdən göz yaşı tökürəm”

Müğənni Günel Zeynalova “Qarabağ hesap günü” adlı yeni mahnısını və klipini təqdim edib.

SOSİUM.az xəbər verir ki, mahnının musiqisi və sözləri ifaçının özünə məxsusdur. Günel bildirib ki, sözləri yazarkən ona Gülşah Karqılı da yardım edib:

“Həm qürurdan göz yaşı tökürəm, həm kədərdən şəhid olan igid əsgərlərimizə dua edərək, Allahdan rəhmət diləyirəm. 30 illik həsrətimiz sona çatır. Bu gün bizimlə birlik olan dövlətlərə təşəkkür edirəm” deyə, bildirib.

Qeyd edək ki, mahnıda son günlər Ermənistan ordusunun Azərbaycan cəbhəyanı bölgələri atəşə tutmasından, Türkiyənin bizə dəstəyindən bəhs edilib.

Oxşar xəbərlər