Bu il yeni “DOST” Mərkəzləri açılacaq

2021-ci ildə daha 2 “DOST” Mərkəzinin açılışı planlaşdırılır. Bunlar Binəqədi və Abşeron rayonunda olacaq.

SOSİUM.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, Quba və Bərdə rayonlarında da mərkəzlərin açılması işlərinə başlanılır.

“2025-ci ilə qədər 31 “DOST” Mərkəzi istifadəyə verilməklə bütün Respublikanı əhatə edəcəyik. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun canlanması, sosial xidmət müəssisələrinin bərpası istiqamətində də planlarımız var. İşğaldan azad edilmiş torpaqlarımızda “DOST” Mərkəzləri və Sosial reabilitasiya müəssisələri açılacaq”, – deyə nazirlik rəsmisi qeyd edib.

Oxşar xəbərlər