“Hər an ön cəbhəyə getməyə hazıram”

“İndi Azərbaycan xalqı, Azərbaycan dövləti birdir. Bir Azərbaycan vətəndaşı kimi mən də bu işlərin, bu problemlərin içindəyəm. Əlimdən gələni əsirgəmirəm və daima xalqımızın yanındayam. Lazım olsa vuruşmağa, əlimdən gələni etməyə hazıram”.

SOSİUM.az xəbər verir ki, bu sözləri sabiq nəqliyyat naziri Ziya Məmmədov musavat.com-a açıqlamasında deyib. O həmçinin hərbi xidmətdə hansı vəzifəni icra etdiyini də bildirib:

“Mən hərbi xidmətdə olmuşam. Özüm də artilleriya batareyasında xidmət etmişəm. Minaatan olmuşam. İndi də əsasən artilleriya döyüşləri gedir. Müəyyən döyüş tapşırıqları barədə məlumatlıyam. Lazım gələrsə, ön cəbhəyə yollanmağa hazıram”.

Oxşar xəbərlər