Hadrutda küçələrə şəhidlərin adları verildi

İşğaldan azad olunan Hadrut qəsəbəsində bərpa işlərinə başlanılıb.

SOSİUM.az xəbər verir ki, hazırda qəsəbə ərazisində istiqamətverici nişanlar quraşdırılır.

Həmçinin ərazidə yer adları əks olunan lövhələrin vurulmasına başlanıb. Qəsəbədə artıq infrastruktur bərpa işlərinə də start verilib. İlkin mərhələdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin üzvləri qəsəbədə ünvanları təyin edib, küçə adları bərpa olunub.

Küçə adları divarlara vurulur. Hadrut küçələrinə Azərbaycanın tarixi şəxsiyyətləri ilə yanaşı, Milli Qəhrəman və Qarabağ müharibəsində şəhid olan şəxslərin adları verilib.

Oxşar xəbərlər