“Heç bir qüvvə bizi dayandıra bilməz”

“Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz. Çıxsın yırtıcı Ermənistan dövləti bizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər”.

SOSİUM.az xəbər verir ki,  bunu Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, atəşkəs elan olundu, ondan bir gün keçmədi, Gəncəni bombaladılar: “Özü də haranı – yaşayış massivlərini. Bu gün də haranı vurdular – yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, çox insan həlak olsun. Bu, insanlığa qarşı cinayətdir və əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik. Özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaq. Onlar ən ağır cəzaya layiqdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir