“Heç kimdən asılı olmamağın bir yolu var”

«SAT Group»un baş meneceri, tanınmış iş adamı və idarəçi Azad Qəhrəmanov gənclər üçün maraqlı tövsiyə ilə çıxış edib.

SOSİUM.az xəbər verir ki, o gəncləri tam müstəqil olmaq üçün peşəkarlığa yiyələnməyə çağırıb.

Belə olarsa, nəinki heç kimdən asılı olmamaq, hətta istənilən ölkədə işləmək mümkündür.

A.Qəhrəmanov yazır:

«Daim fikirləşirəm ki, məni doğma məktəbimə (Şirvan şəhəri, 20 saylı orta məktəb) dəvət etsəydilər və məktəblilər qarşısında çıxış edib onlara öz tövsiyyələrimi danışmağımı istəsəydilər nə deyərdim (Mənim üçün oskar alıb, çıxış etmək kimi bir arzudur.

Nədir həyatda uğurlu olmağın sirri? Onlar üçün xilas, açar nədir?

Çox danışma, əsas olanı söylə desəydilər nə edərdim?

Fəlsəfə xırdalama, konkret bir şey söylə desəydilər…

Düşünürəm son günlər cavabı tapmışam.

Məncə bir gənc ilk növbədə seçdiyi bir sahədə peşəkar olmağa fokuslanmalıdır.

Bu ən vacibdir. Çünki sən peşəkarsansa deməli maddi rifahın qaydasında olacaq.

Deməli sən müstəqil olacaqsan. Nə müdirindən, nə valideynindən, nə həyat yoldaşın, nə də övladından asılı olmayacaqsan.

Heç kim asılılığından istifadə edib səninlə manipulyasiya etməyəcək.

Sən məkandan da asılı olmayacaqsan. İstədiyin yerə gedib, orda təminatlı və xoşbəxt ola bilərsən.

Sən işi yox, iş səni axtaracaq.

Sən maraqlı və cəlbedici insan olacaqsan.

Həyatının mənası olacaq. Daxili xoşbəxtliyin, həzz mənbəyin olacaq.

Özünə fokuslan, peşəkar olmağa fokuslan, öyrən, işlə, tətbiq et, təhlil et, inişaf et!

İnkişaf et, çox qazan! – SAT Group un lozunqudur yeri gəlmişkən.

Oxşar xəbərlər