Deputat: “Hikmət Hacıyev soruşdu ki…”

Baş Prokurorluq ermənilərinGəncədə törətdiyi terror aktı ilə bağlı 5 dildə – fransız, ispan, alman, rus,ingilis dillərində video hazırlayıb.

Dünyanın erməni vəhşiliyihaqqında ətraflı məlumatlandırılması, beynəlxalq mediada Azərbaycan həqiqətlərinindaha çox yayılması baxımından bu cür addımlar nə dərəcədə əhəmiyyətlidir? Gələcəkdədə dünya ictimaiyyətinin baş verənlər haqqında dəqiq və qərəzsiz məlumat almasıüçün əcnəbi dillərdə bu cür materialların hazırlanması effektiv təbliğat vasitəsi sayıla bilərmi??

SOSİUM.az xəbər verir ki, moderator.az-a danışan millət vəkili Naqif Həmzəyev erməni vəhşiliyinin ifşa edilməsi istiqamətindəatılan addımların önəminə diqqət çəkdi:

“Azərbaycana qarşı törədilənbu terror aktını – hərbi cinayəti, onun mahiyyətini dövlətimiz dünya ictimaiyyətinəlazımınca təqdim edə bildi. Erməni vəhşiliyinin beynəlxalq mediadaişıqlandırılmasına nail olduq. Bütün kanallarla – həm PrezidentAdministrasiyası, həm XİN, həm Baş Prokurorluq, həm də Milli Məclis xətti iləbütün diplomatik korpuslara, beynəlxalq təşkilatlara gərəkli informasiyalarçatdırıldı.

Qeyd etdiyiniz kimi, Gəncədəkiterrorla bağlı bir neçə dildə videoroliklər də hazırlanıb ki, bunların da dünyaictimaiyyətini məlumatlandırmaq baxımından mühüm önəmi var. Bununla yanaşı,xarici dillərdə daha bir neçə videorolik hazırlanır. Dünən şəxsən məndəningilis dilində səlis danışan gənclərə ehtiyac duyulduğunu, bu cür gəncləraxtardıqlarını bildridilər. Biz onları xarici dildə sərbəst danışan gəncəli gənclərlətəmin etdik. Biz də maraqlıyıq ki, baş verən terror aktı haqqında elə Gəncə gənclərindili ilə dünya ictimaiyyəti məlumatlansın”.

“Düşmən Gəncədəki bu terroru guya hansısa erməni şəhərindəbaş verən bir olay kimi təqdim etməyə çalışır”

Millət vəkili, görülənişlərin önəmini qeyd etməklə yanaşı, görülməsi gərəkən işlərə də diqqət çəkdi:

“Hesab edirəm ki, biz ermənilərinbu terror aktını dünya ictimaiyyətinə çatdıra bildik. Lakin iş bununla bitmişdeyil. Bu işlər bundan sonra da davam etdiriləcək.

Iki əsr boyunca ermənilərözləri haqqında yalan bir tarix uydurublar, qondarma bir obraz yaradıblar. Yaratdıqlarıbu qurama tarxi, bu yalançı obrazı dünya ictimaiyyətinə sırıya biliblər. Ermənihəyasızlığı o səviyyədədəir ki, onlar Gəncədəki bu terroru guya hansısa ermənişəhərində baş verən bir olay kimi təqdim etməyə çalışırlar. Necə ki, vaxtiyləXocalı soyqırımını guya onlara qarşı baş verən hadisə kimi təqdim etməyə cəhdedirdilər.

Düşmənimiz çox mənfur vəhiyləgərdir. Onlar dinc əhalini qurbana çevirirlər. Bu baxımdan xarici mediayaverilən müsahibələr, xarici jurnalistlərin burada işləməsi üçün gərəkli şəraitinyaradılması olduqca önəmlidir”.

“Beynəlxalq ictimaiyyətin məlumatlandırlması işikoordinasiyalı şəkildə təşkil olunub”

Millət vəkili, xaricidiplomatların Gəncəyə səfərinin də olduqca faydalı və səmərəli keçdiyinivurğuladı:

“Bildiyiniz kimi, Azərbaycandafəaliyyət göstərən bütün diplomatların, səfir və atteşələrin Gəncəyə və Mingəçevirəsəfəri təşkil edildi. Bu, çox gözəl bir addım oldu. Çünki həmin diplomatlar,beynəlxalq təşkilatların nümayəndələri öz gözləri ilə prosesi izlədilər. Gəncəsakinləri ilə ünsiyyətdə oldular. Onlar özləri də inana bilmirdilər ki, necəolur ki, uzaqmənzilli raket dinc əhalinin yaşadığı bir yerə atılır. Onlara hörmətliHikmət Hacıyev dəfələrəl sual verdi ki, burada hansısa hərbi obyektgörürsünüzmü? Diplomatlar özləri də şoka düşmüşdü ki, hərbi obyektlərinolmadığı bir yerə, dinc əhalinin yaşadığı bir yer necə, hansı məntiqlə raket zərbəsiendirilə bilər? Burada hər yer məktəblər, xəstəxanalar, yaşayış obyektləri,ticarət mərkəzləridir.

Hesab edirəm ki, beynəlxalqictimaiyyətin məlumatlandırlması işi koordinasiyalı şəkildə təşkil olunub və bütün əlaqədar dövlət qurumları bu məsələdəyaxından iştirak edir. Hansı ki, bunun özü bir uğur kimi xarakterizə edilə bilər”.

Oxşar xəbərlər