Hikmət Hacıyev: “Təşəkkürlər Qardaş Türkiyə!”

Türkiyənin İstanbul şəhərində, Avropanın ən böyük qülləsində Azərbaycan Respublikasının bayrağı işıqlandırılıb.

SOSİUM.az xəbər verir ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında bununla bağlı qardaş respublikaya öz təşəkkürünü bildirib.

“Təşəkkürlər Qardaş Türkiyə!”, – deyə yazdığı şərhinə o, şəkillər də əlavə edib.

Xatırladaq ki, dünən gecə Kiçik Çamlıca Radio və Televiziya qülləsində işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə hərəkətdə olublar.

Oxşar xəbərlər