11 nəfəri sel apardı: Hindistanda

Hindistanın Puna şəhərində artıq bir neçə gündür yağan aramsız musson yağışları fəsadlara yol açıb. Maxaraştra ştatında 11 nəfər təbii fəlakətin qurbanı olub. Bəzilərinin taleyi isə hələ də məlum deyil.

SOSİUM.az xəbər verir ki, ştatın baş naziri Davendra Fadnevisin sözlərinə görə, hazırda fəsadların aradan qaldırılması üçün bütün qüvvələr səfərbər edilib.

Ölənlərin bəzilərinin selin yuduğu divarların uçulması nəticəsində dağıntılar altında qaldığı, bəzilərinin isə sel sularına qərq olduğu bildirilir.

Oxşar xəbərlər