İki həftə sonra yenə qapanma olacaq?

“Biz vaksinasiya prosesində davam edən uğurları bir qədər də artırmaqla tədricən mərhələli şəkildə həm toy və yas mərasimləri, həm də ictimai nəqliyyatda açılıma gedə bilərik. Bu məsələdə səbr və təmkinlə, tələskənliyə yol vermədən addımlar atılmalıdır”.

SOSİUM.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirib.

O əlavə edib ki, tələskənliyə yol verərək yumşaldılma tədbirlərinin atılması sonradan müəyyən bir sərtləşdirmənin həyata keçirilməsinə gətirib çıxara bilər:

“İndiki rəqəmlər, yoluxmanın sayının azalması, bir gün ərzində yoluxmanın sayının artması bizi o qədər də qorxutmamalıdır.

Biz diqqətimizi vaksinasiya prosesinə yönəltməliyik. Vaksinasiya könüllü olsa belə, əhali bu prosesdə yaxından iştirak etməlidir. Bu prosesdə iştirak etməklə yumşaldılma tədbirlərinin həyata keçirilməsini sürətləndirəcəyik.

Fikrimcə, iki həftəyə yaxın müddət bizim üçün kritik bir müddətdir. Biz yoluxmaların sayının dinamikasını nəzərə alaraq azalmaların maksimal olduğu, müəyyən artımın olduğu müddətlərə, sonrakı enmələrin hansı dinamikada getdiyinə və vaksinasiyadakı sıxlığa diqqət yetirsək, iki həftədən sonra bu barədə müəyyən fikirlər söyləmək olacaq.

Azərbaycanda insanlar qoruma tədbirlərini anlayışla qarşılayırlar. Vaksinasiya prosesi də kifayət qədər qaneedici sürətlə gedir. Vətəndaşlar həm yaş qrupuna, həm də müəyyən olunmuş vaksinasiya strategiyasına görə müəyyən addımlar atıldıqdan sonra yumşaldılmaların da olması realdır”.

Oxşar xəbərlər