“Erməni əsgərlər dinc sakinləri öldürməkdə davam edir”

Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünya ictimaiyyətinin diqqətini Ermənistan tərəfindən atəşkəs rejimindən istifadə qaydalarının pozulmasına yönəldərək, Soçidə keçirilən “Valday” forumunda bəyan edib ki, erməni əsgərlər Azərbaycanın günahsız dinc sakinlərini güllələməkdə davam edir.

SOSİUM.az xəbər verir ki, “Ermənistanın Azərbaycana qarşı hərbi aqressiyası bu gün də davam edir. Dünən münaqişə zonasından uzaq, Azərbaycan Ermənistan sərhədində yerləşən Qazax rayonunun dinc sakini erməni snayperləri tərəfindən öldürülüb. Həmçinin, deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı aralarında uşağın – qızın da olduğu Azərbaycanın altı dinc sakini öldürülüb”, – Azərbaycan dövlətinin başçısı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında vurğulayıb.

İ.Əliyev qeyd edib ki, hazırda Ermənistanın işğal olunmuş torpaqlarında azərbaycanlılar yoxdur, “işğal altındakı ərazilərin böyük hissəsində torpaqlar, evlər, məktəblər, ictimai binalar dağıdılıb”.

Oxşar xəbərlər