Prezident Hafiz Paşayevi təltif etdi

Prezident İlham Əliyev Hafiz Mir Cəlal oğlu Paşayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

SOSİUM.az xəbər verir ki, bununla bağlı sənədi Prezidentin Mətbuat Xidməti yayıb.

Sərəncama əsasən, Hafiz Paşayev Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Hafiz Paşayev “ADA” Universitetinin rektorudur.

Oxşar xəbərlər