İlham Əliyev Türkmənistan prezidentinə zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zəng edib.

SOSİUM.az xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və Türkmənistanın firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türkmənistan Prezidenti göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Türkmənistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın uğurla davam etdiriləcəyinə əminlik bildirilib.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir