“İnanıram ki, qrupdan çıxacağıq” – Ərdoğan

“Sivasspor”un futbolçusu Ərdoğan Yeşilyurt Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

SOSİUM.az xəbər verir ki, o, matçla bağlı bunları deyib:

“Hələ tam yüz faiz hazır deyiləm. Oynadıqca daha yaxşı olacağam. Bu görüş çox yaxşı oynamadıq, amma düzgün oynadıq. Bunu da öyrənməyimiz lazımdır. Yaxşı müdafiə olunduq və əks-hücumlardan iki qol vurduq. Hər kəsin xəyalı Çempionlar Liqasında oynamaq olsa da, indi Avropa Liqasındayıq. Amma biz çox xoşbəxtik. Özümüzə inanırıq. İnanıram ki, qrupdan çıxacağıq. Bu, çətin olacaq, ancaq mümkünsüzü bacarmaq istəyirik”.

Oxşar xəbərlər