İndoneziyada 2 ardıcıl güclü zəlzələ

İndoneziyanın Seram adasının cənub sahilində 6,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.

SOSİUM.az xəbər verir ki, Bakı vaxtı ilə saat 02:47 radələrində qeydə alınan yeraltı təkanların episentri Ambon şəhərindən 86 kilometr şimal-şərqdə eyniadlı adada yerləşib.

İki saatdan sonra elə həmin bölgədə Bakı vaxtı ilə saat 04:40 radələrində 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Ambondan 34 kilometr şimal-şərqdə yerləşib.

Oxşar xəbərlər