Zaur Qurbanov yüksək vəzifəyə təyin olunub

Prezidentin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat olub.

SOSİUM.az xəbər verir ki, AİH-nin Baş icraçı direktoruna müavin təyin edilib.

Holdinqin direktorunun müavini Zaur Qurbanovdur. O, buna qədər beynəlxalq audit şirkəti olan “Ernst & Young” şirkətinin Azərbaycandakı törəməsində vergi direktoru kimi çalışırdı.

Hazırda Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovdur.

Oxşar xəbərlər