İordaniyada bir günə virusa 8 min yoluxma

İordaniyada son 24 saat ərzində 8.000 yeni koronavirusa yoluxma halı qeydə alınıb. 60 nəfər isə bu virusdan həyatını itirib. Ölkədə pandemiya başlayanan bəri virusa yoluxma hadisələri ən yüksək səviyyəyə qalxıb.

SOSİUM.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Nasir Obeydat bildirib. Bildirilir ki, İordaniyanın cənubundakı geyim fabrikində 1623 əcnəbi işçinin koronavirusa qarşı verdiyi testin cavabı müsbət çıxıb.

İşçilərin hansı ölkələrin vətəndaşları olduğu barədə məlumat verilməyib.

Məlumat üçün bildirək ki, İordaniya koronavirusa 164 mindən çox yoluxma faktı qeydə alınıb. İnfeksiyanın yaratdığı xəstəlikdən ölənlərin sayı isə 2 minə yaxınlaşır.

Oxşar xəbərlər