“iPhone 12”-nin təqdimatı gec olacaq

“Apple” yeni “iPhone” modellərini hər il sentyabr ayında təqdim etsə də, mövcud koronavirus pandemiyası səbəbindən “iPhone 12” modelinin təqdimatı ilə bağlı gecikmənin baş verəcəyi iddia edilirdi.

SOSİUM.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən “Apple”ın maliyyə işləri üzrə direktoru Luka Maestri təqdimat mərasiminin sentyabrda olmayacağını bildirib.

2020-ci ilin üçüncü rübünün maliyyə hesabatlarından sonra danışan Maestri qısaca olaraq təqdimatın sentyabr baş tutmayacağını deyib.

Vəziyyətlə bağlı bütün modellərinmi, yoxsa sadəcə yeni modellərinmi təxirə salınacağı ilə bağlı isə şirkətdən bir açıqlama gəlməyib.

Digər tərəfdən bu, “Apple”da ilk belə gecikma halı deyil. “iPhone X” modeli 2017-ci ilin sentyabr ayında “iPhone 8” ilə birlikdə elan olunsa da, bəzi istehsal xətaları səbəbindən satışa noyabr ayından sonra çıxmışdı. “iPhone XR” modeli isə 2018-ci ilin sentyabrında təqdim olunmuş, amma LCD ekrandakı problemlərlə əlaqədar kütləvi istehsalı gecikmişdi.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir