İranda daha 50 nәfәr koronanın qurbanı oldu

İranda ötәn sutka әrzindә daha 50 nәfәr koronavirusdan (COVID19) ölüb.

SOSİUM.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 7 677 nәfәrә yüksәlib.

Cahanpur әlavә edib ki, ötәn 24 saat әrzindә daha 2 819 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 146 668 nәfәrә çatıb. Virus daşıyıcılarından 2 547 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 114 931 nәfәrin koronavirusdan sağaldığını deyib.

İranda indiyәdәk 896 mindәn çox diaqnoz testi hәyata keçirilib.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir