İsrail SOCAR-a “Aşdod” NEZ-i almağı təklif edib

“SOCAR-a İsrailin “Aşdod” neft emalı zavodunun (NEZ) alması ilə bağlı təkliflər daxil olub”.

SOSİUM.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İsrail mətbuatında SOCAR-ın sözügedən zavodu alması ilə bağlı dərc olunan xəbəri şərh edərkən deyib.

İsrailin “Calcalist” qəzetində “Aşdod” zavodunun alınması üçün SOCAR-a yerli tərəfdaşın tələb olması səbəbindən Azərbaycan nümayəndələrinin bir neçə İsrail şirkəti ilə danışıqların aparıldığı qeyd olunur. Tərəfdaş qismində İsrailin “Şafir Andasa” və “Aspen” şirkətləri qeyd olunur.

Oxşar xəbərlər