İsrail karantin rejimini yenə gücləndirir

İsrail hökuməti koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar sərt karantin tədbirlərini təsdiqləyib.

SOSİUM.az xəbər verir ki, bu barədə “Jerusalem Post” xəbər yayıb.

Koronavirusla mübarizə üzrə komissiyanın hökumətə tövsiyələr təqdim etdiyini xatırladan nəşr qeyd edib ki, sərtləşdirilmiş tədbirlər sentyabrın 25-dən oktyabrın 9-na – Sukkot bayramının sonuna qədər qüvvədə olacaq.

Yeri gəlmişkən, İsrail Səhiyyə Nazirliyi ölkədə son bir gündə 7 minə yaxın yoluxmanın qeydə alındığını bəyan edib. Ümumilikdə isə İsraildə pandemiyanın başlamasından bəri COVID-19 virusuna yoluxanların sayı 200 min nəfəri ötüb.

Oxşar xəbərlər