Jurnalist qəzəbləndi: “Eldar Əzizov, piketin yerini dəyişin, sakinlərə narahatçılıq yaradırlar”

Xalq.az və Bakutime.az saytlarının baş redaktoru Zaur Mirzəzadə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

O, Milli Şuranın 8 oktyabrda planlaşdırılan piketinin yerinin dəyişdirilməsini xahiş edib.
SOSİUM.az jurnalistin müraciətini təqdim edir:
Baki şəhər İcra Hakimiyyətinin
Başçısı cənab Eldar Əzizova
M Ü R A C İ Ə T
Hörmətli Eldar müəllim!

Sizə müraciətimiz cəmiyyətdə heç bir əhəmiyyət daşımayan, siyasi baxışları müyyən edilməyən, bir neçə şəxsin  yalanları ilə idarə olunan, özlərini “Milli Şura” adlandırılan və “Milli” sözünü belə  ucuzlaşdıran qondarma quruma 8 oktyabr 2019-cu il tarixində şəhərin mərkəzində  Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında saat 15.00-16.00 arası piket keçirilməsi üçün icazə vermisiniz. Mən Bakı şəhər sakini və ailə üzvlərim Sizə müraciət edərək bildirirəm ki, hər gün həm şəxsi avtomobillə və ictimai nəqliyyatla,   metro ilə həmin ərazidən keçirik. Övladlarımıızın təhsili ilə bağlı kurslara, idmana aparırıq.  Müyyən yalanlar üzərində qurulmuş qurum həmin gün qeyd olunan ərazidə  piket keçiriləməsi bizi narahat edir Mənə, ailə üzvlərimə və digər Bakı sakinlərinə eyni ilə şəhərimizdə olan turistlərə həmin gün keçirilən piket narahatçılıq yaradacaq. Xahiş edirəm  piketin keçirilməsi icazəsini ləğv edəsiniz. Əks təqdirdə mənim, ailə üzvlərimin və Bakı sakinlərinin eyni ilə şəhərimizdə olan turistlərin, sərbəst piyada  və avtomobillərin intensiv  hərəkətinə müyyən maniyyələr yaranacaqdır bu da bizim gündəlik işlərimizə əngəl törədəcəkdir.

Hörmətli Eldar müəllim!
Yuxarıda sadaladığım məqamları nəzərə alaraq sərbəst toplaşmaq arzusunda olan şəxslər üçün şəhərin mərkəzindən kənarda yer ayrılmasına göstəriş verməyinizi xahiş edirik.
Öncədən təşəkkür edirəm”.

Oxşar xəbərlər