Karantin rejimi ilə bağlı qərar müzakirələrdən sonra veriləcək

“Karantin rejiminin və digər tədbirlərin ləğvi avtomatik xarakter daşıya bilməz”.

SOSİUM.az  xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu qərar xüsusi müzakirə nəticəsində və ölkədəki vəziyyətin nəticəsinə əsasən verilə bilər: “Proses onu göstərir ki, vətəndaşlar öz davranışlarında və həyat tərzlərində dəyişiklik etməlidir”.

Oxşar xəbərlər