“Keşlə” “Neftçi” və “Qəbələ”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulacaq.

SOSİUM.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutacaq.

Əvvəlcə “Keşlə” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək.

Turun qapanış matçında isə lider “Neftçi” “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” səfərdə “Səbail”ə 0:2 hesabıyla uduzubsa, son çempion “Qarabağ” “Sumqayıt”la qolsuz heç-heçəyə razılaşıb.

Azərbaycan Premyer Liqası
16-cı tur
20 fevral

“Keşlə” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov.
Bakı. “ASK Arena”, 16:00.

“Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov.
Bakı. “Bakcell Arena”, 18:00.

Oxşar xəbərlər