Kimlər gəldi, kimlər getdi? – Transfer bitdi

Azərbaycan Premyer Liqasında çıxış edən klublar 2020/2021 mövsümünün qış transfer çalışmalarını başa çatdırıblar.

SOSİUM.az xəbər verir ki, yanvarın 10-da açılan qış “transfer pəncərəsi” fevralın 10-da bağlanıb. Bu müddət ərzində ən çox “Keşlə” klubu transfer edib. “Qəbələ”də isə nə gələn olub, nə gedən.

Qış transfer dönəmində klubların heyətində baş verən bütün dəyişiklikləri təqdim edirik:

“Neftçi”

Gələn: Orxan Qurbanlı (“Səbail”: icarədən qayıdıb), Ahmed Ahmedov

Gedənlər: Prins İbara (“Beerşot”, Belçika: icarə müqaviləsinə xitam verilib), Cabir Əmirli (“Sumqayıt”: icarə)

Müqavilə müddətini uzadan: yoxdur

“Qarabağ”

Gələn: yoxdur

Gedən: Musa Qurbanlı (“Zirə”, icarə), Donald Gerye

Müqavilə müddətini uzadan: Abdullah Zubir

“Zirə”

Gələnlər: Musa Qurbanlı (“Qarabağ”, icarə), Nemanya Andelkoviç (“Zlatibor”, Serbiya), Filipe Pahtman (“Lvov”, Ukrayna)

Gedənlər: Kayo Rangel, Rəşad Eyyubov, Ali Sesay

Müqavilə müddətini uzadan: yoxdur

“Sumqayıt”

Gələnlər: Cabir Əmirli (“Neftçi”: icarə), Mehdi Şərifi (“Paykan”, İran), Höccət Haqverdi (“Peykan”, İran), Dmitri Nağıyev

Gedənlər: Adəm Həmati, Kərəm Sultanov

Müqavilə müddətini uzadan: Rüfət Abdullazadə, Səbuhi Abdullazadə

“Qəbələ”

Gələn: yoxdur

Gedən: yoxdur

Müqavilə müddətini uzadan: yoxdur

“Səbail”

Gələnlər: Luka İmnadze (“Samtredia”, Gürcüstan), Milovan Petroviç (“Vardar”, Şimali Makedoniya), Ali Sesay

Gedənlər: Arsen Ağcabəyov (“Sabah”: icarə müqaviləsinə xitam verilib), Orxan Qurbanlı (“Neftçi”: icarə müqaviləsinə xitam verilib), Əli Sadıxov, Murad Qayalı, Bəxtiyar Rəhmani, Elgün Nəbiyev, Bahadur Həziyev

Müqavilə müddətini uzadan: yoxdur

“Keşlə”

Gələnlər: Sənan Qurbanov (baş məşqçi), Anatole Abanq (“Şerif”, Moldova), Nicat Qurbanov (“Samtrediya”, Gürcüstan), Sadio Tounkara (“Narva Trans”, Estoniya), Yevgeni Koçuk, Elvin Yunuszadə

Gedənlər: Yunis Hüseynov (baş məşqçi), Aleksandr Kristovao, Şohrux Qadoyev, Artur Batista, Alvaro Tavareş, Dmitri Klots

Müqavilə müddətini uzadan: yoxdur

“Sabah”

Gələnlər: Arsen Ağcabəyov (“Səbail”: icarədən qayıdıb), Tiemoko Fofana (“İlves”, Finlandiya: icarə), Bəxtiyar Həsənalızadə, Dmitro Klots

Gedənlər: Yevgeni Koçuk, Ozan Can Kökçü (“Telstar”, Niderland: icarəyə), Ulisse Diallo, Nikola Vuyadinoviç, Abbas Ağazadə

Müqavilə müddətini uzadanlar: Təmkin Xəlilzadə, Şakir Seyidov

Oxşar xəbərlər