Komitə intihar edən qızla bağlı açıqlama verdi

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində gənc qızın çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı yayılan məlumatlardan dərhal sonra Dövlət Komitəsi aidiyyəti qurumlarla əlaqə saxlamışdır və öz səlahiyyətləri çərçivəsində məsələni diqqətdə saxlayır.

Çox təəssüf ki, qeyd olunan hadisə Hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilmiş və qeyd edilmişdir ki, aparılan İlkin İstintaq araşdırmalarından sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Dövlət Komitəsi son vaxtlar müxtəlif səbəblərdən ölkəmizdə intihar hallarının artmasından dərin narahatlığını ifadə edərək, vətəndaşlardan ağır nəticələr verə biləcək hallarla rastlaşdıqda, yaxud zorakılığa məruz qalmış şəxslərlə bağlı hər hansı bir məlumat əldə etdikdə dərhal 7 gün 24 saat fəaliyyət göstərən (860) QAYNAR XƏTTƏ müraciət etmələrini xahiş edir.

Oxşar xəbərlər