Komitə sədri Seçki Məcəlləsinin dəyişdirilməsini təklif etdi

“Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müddəalar çıxarılmalıdır”.

SOSİUM.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Təsəvvür edin ki, prezidentliyə namizədlə hansısa kənddə bələdiyyə üzvlüyünə namizədə eyni sənədləri toplamaq tələbi qoyulur”, – deyə S.Novruzov əlavə edib.

Onun sözlərinə görə, bələdiyyə seçkiləri ilə bağlı məsələlər ayrıca qanunla tənzimlənməlidir.

Oxşar xəbərlər