Könülün oğlu məşhur müğənnini sevirmiş

Əməkdar artist Könül Kərimova oğlu Rəşadın müğənni ilə evlənməsinə qadağa qoyub.

SOSİUM.az xəbər verir ki, bu haqda aparıcı Nanə Ağamalıyeva “Şou ATV” verilişində deyib.

“Rəşad o vaxtlar bir müğənnini sevirdi. Könül xanım dedi ki, qətiyyən olmaz. Evdə ancaq bir müğənni olar” deyə, Nanə söyləyib. Aparıcı sözügedən sənətçinin adını açıqlamayıb.

Onun sözlərini təsdiqləyən Kərimova “Rəşad çox safdır. Həyatın hər üzünü görmüşəm. Onu qorumaq üçün etmişəm. Söhbət sənətçidən getmir. Onun yanlış seçim etməsindən qorxuram” cavabını verib.

Oxşar xəbərlər