Koronavirusla bağlı bədbin proqnoz: “Uzun çəkəcək”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adhanom Qebreyesus koronavirusun yayılmasına tamamilə son qoyacaq “sehirli silah”ın heç zaman olmayacağını və “normallaşmağa” gedən yolun uzun olacağını deyib.

SOSİUM.az xəbər verir ki, Qebreyesus və ÜST-ün Təcili Yardım bölməsinin rəhbəri Mayk Rayan birgə mətbuat konfransında bütün ölkələri “maska taxmağa, sosial məsafəni qorumağa, əl yumağa və test sayını artırmağa” çağırıblar.

ÜST rəhbəri insanlara və hökumətlərə səslənərək, yoluxmanın qarşısını almaq üçün lazım olan hər şeyi etmələrini istəyib.

Bəzi peyvəndlərin klinik sınağın üçüncü mərhələsində olduğunu vurğulayan Qebreyesus qeyd edib ki, hamımızı infeksiyadan qoruya biləcək vaksinlər hazırlanır, ancaq bu, qəti həll yolu olmaya bilər.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir