“Kreditlərə güzəştlərin edilməsi müzakirə olunur” – Nazirlər Kabineti

İstehlak kreditlərinə güzəştlərin edilməsi məsələsi hazırda müzakirə olunur.

SOSİUM.az  xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bu kreditləri götürən adətən işləyən şəxslər olur: “Bu insanlara da dövlət dəstək göstərir. Bu proses bundan sonra da davam edəcək. Bütövlükdə güzəştlərin edilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.

Oxşar xəbərlər