Lalə Şövkətdən yeni xəbər: palataya köçüb

Bir neçə gün bundan əvvəl əməliyyat olunan Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhəti yaxşılaşmağa doğru gedir.

SOSİUM.az xəbər verir ki, bu barədə onun oğlu Sidqi Şövkət məlumat verib. O bildirib ki, hazırda anası xəstəxana şəraitində müalicəsinə davam edir: “ Xəstəxanadan evə nə zaman buraxılacağı hələ bilinmir. Vəziyyəti isə əməliyyatın ağırılığına görə adekvat şəkildə dəyişir”.

Qeyd edək ki, L. Şövkət yoğun bağırsağında yaranmış şişə görə əməliyyat olunub.

Oxşar xəbərlər