Livana dəymiş zərər 15 milyardı ötüb

Beyrut limanında baş vermiş güclü partlayışdan sonra şəhər infrastrukturuna dəymiş ziyan hesablanıb.

SOSİUM.az xəbər verir ki, bu barədə Livan Prezidenti Mişel Aunun “Twitter” hesabında məlumat verilib.

Qeyd olunur ki, ilkin hesablamalara görə, Livana dəymiş zərərin həcmi 15 milyard dolları ötüb.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda, liman ərazisində yerləşən anbarlarda güclü partlayış baş verib.

Nəticədə, 200-dən çox adam ölüb, beş mindən çox insan yaralanıb, şəhərdəki binalara və infrastruktura ciddi ziyan dəyib.

Oxşar xəbərlər