“Lotu Quli”nin dəfn mərasimi keçirilir

Bir gün əvvəl Türkiyədə öldürülən azərbaycanlı əfsanəvi “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) dəfn mərasimi İstanbulda baş tutacaq.

SOSİUM.az bildirir ki, Lotu Quli İstanbulun mərkəzi qəbiristanlıqlarından birində dəfn ediləcək.

Onun dəfni günorta namazından sonra başlayacaq.

Xatırladaq ki, Nadir Səlifov bir gün əvvəl Antalyada yerləşən otellərdən birində başından 4 güllə ilə vurulmuşdu. N.Səlifovun qatili Xan ləqəbi ilə tanınan kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçsa da, lakin Antalya – Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxşar xəbərlər