“Məni uşaqlarımla vurmaq istədilər”

“Bu günə kimi heç bir sponsorun köməkliyi ilə çıxmamışam. Zülmlə qazanıb, ağıllı hərəkət edib gündəmə gəlmişəm. Öz övladımdan başqa övladlara da analıq etmişəm. Bunu heç kim bilməyəcəkdi, təsadüflə ortaya çıxdı. Başqa sənət yoldaşlarımız başqa adla bunu gündəmə gətirdilər. Mən də məcbur olub açıqladım. Yetim uşaqların qəlbini sındırdınız”.

SOSİUM.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Günə bir şou” proqramında deyib. Sənətçi övladlığa götürdüyü oğullarından danışıb:

“Bir dəfə açıqladım ki, məni uşaqlarımla vura bilərsiniz. Bu sözümü götürüb, uşaqlarımla məni vurmağa çalışdılar. Yanılırsınız, yaxşı müəllim tələbəyə hər şeyi öyrətmir. Məni məhv etmək üçün bu dünyadan yox etməlisiz”.

Qeyd edək ki, Roza Zərgərlinin Bənövşə adlı qızı, iki oğlu var.

Oxşar xəbərlər