“Mətbuat Şurası özü özünü buraxsın“

Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq KİVDF-nin bazasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldıqdan sonra sosial şəbəkələrdə Mətbuat Şurasının ləğv edilməsi ilə bağlı fikirlər səslənməkdədir. İddia edilir ki, Şuranın öhdəliyində olan işlər də MEDİA-ya həvalə olunacaq.

SOSİUM.az xəbər verir ki, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı məsələ ilə bağlı yenisabah.az-a açıqlamasında bildirib ki, Mətbuat Şurasının ləğv olunması üçün qurultay çağrılmalıdır:

“Mətbuat Şurası ilə Medianın İnkişafı Agentliyi fərqli qurumlardır. Bu fərmanla Mətbuat Şurasının taleyi həll olunmur, axı dövlət strukturu deyil. Onun ləğv olunub-olunması jurnalistlərdən-Şuranın üzvlərindən asılıdır. Bəyənmirlərsə, qurultayı çağırıb ləğv olunmasını istəyirlər, bununla da məsələ öz həllini tapır. Çünki əgər onlar yaradıbsa, onlar ləğv edə bilər, başqa cür mümkün deyil. Özü özünü buraxsın. Amma bundan sonra Mətbuat Şurasına ehtiyacın olub-olmayacağı başqa məsələdir. Əgər onun funksiyalarını Agentliyin yerinə yetirəcəyi təsdiq olunacaqsa, bu barədə düşünmək olar. Hələ “Media haqqında” Qanun çıxmalıdır”.

Oxşar xəbərlər