Madagizin adı rəsmən dəyişdi: Suqovuşan

Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfndən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.
SOSİUM.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı ordumuz tərəfindən bu tarixi qələbə yüksək qiymətləndirilib və Azərbaycan ordusunun tam zəfər qazanacağına inam ifadə olunub. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Oxşar xəbərlər