Qandinin külü oğurlandı: Dehlidə ara qarışdı

Hindistan milli-azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin Madxya-Pradeş ştatındakı memorial abidəsi naməlum şəxslər tərəfindən təhqir olunub.

SOSİUM.az xəbər verir ki, memorial gözətçisinin sözlərinə görə, hindistanlı liderin qalıqları oktyabrın 2-də – onun 150 illik yubileyi günündə oğurlanıb.

Polis Mahatma Qandinin külünü oğurlayan şəxslərin axtarışlarını davam etdirir.

Qeyd edək ki, M. Qandi 1948-ci ildə hindli radikal tərəfindən öldürülüb. Onun qalıqları Hindistanın ayrı-ayrı ştatlarında bir neçə memorialda basdırılıb.

Oxşar xəbərlər