Masallıda karantin necə pozulur? – VİDEO

Masallı Xəstəxanasında şəkərli diabetdən əziyyət çəkən xəstələrə hörmətsizlik edilir.

Asiya.az xəbər verir ki, Masallı Rayon Mərkəzi xəstəxanası ötən ildən koronaviruslu xəstələr üçün ayrıldığından sonra şəkərli diabetdən əziyyət çəkən rayon sakinləri dərmanlarını götürmək üçün Boradigah Qəsəbə Xəstəxanasına getməli olurlar.

Lakin karantin olmasına baxmayaraq, onlar arasında növbə gözlənilmir. Hər kəs bir pəncərədən, növbəsiz qəbul edilir. Xəstələr narazılıq edirlər ki, dərman almaq üçün əvvəlcədən növbə yazılmalı və ya xidmət başqa formada təşkil olunmalıdır.

Hər ayın 9-10-da verilən dərmanlar bu ay bir hətfə gecikmə ilə verilib. Əslində isə xəstələrə dərmanların bir hissəsi verilib. Səbəb kimi isə onlara da dərmanların verilmədiyi göstərilib.

Xəstəxanada karantin qaydalarının kobud şəkildə pozulmasına isə mobil qruplar nəzarət etmir.

Oxşar xəbərlər