Maska taxmayanlar şöbəyə aparılır? – DİN-dən açıqlama

“Facebook” sosial şəbəkəsində İmamət İsmayılova adlı şəxs polisin onun qonşusunu əsassız bölməyə apararaq protokol yazması barədə ittihamlar səsləndirməsi müzakirəyə səbəb olub.

SOSİUM.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin şəxslə əlaqə saxlanılaraq məlumat dəqiqləşdirilib.

Məlum olub ki, İ.İsmayılovanın qonşusu Aydın Məmmədov Suraxanı rayon ərazisində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyinə görə barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tərtib olunan inzibati xəta haqqında protokol tam əsaslıdır, hər hansı hüquq pozuntusu yoxdur.

Tövsiyə edirik ki, sosial şəbəkə istifadəçiləri polis haqqında hər hansı məlumatı tirajlayarkən diqqətli olsunlar. Çünki sosial şəbəkələrdə “fakt” kimi təqdim olunan feyk xəbərlər dəqiqləşdirilməklə yoxlanılır.

Feyk xəbərlər əsasən saxta, manipulyasiya məqsədilə yaradılan hesablarda paylaşılaraq həqiqət kimi təqdim olunur.

Buna ənənəvi mediadan fərqli olaraq sosial media istifadəçilərinin paylaşımlarında daha çox rast gəlinir.

Daxili işlər orqanlarının fəaliyyəti insanların həyat və sağlamlığının qorunmasına xidmət edir.

Pandemiya şəraitində vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.

Oxşar xəbərlər