Metroda həyəcanlı anlar: qatar yolda qaldı

Bu gün “Həzi Aslanov-İçərişəhər” istiqamətində hərəkət edən qatarın qapısında texniki problem yaranıb.

SOSİUM.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, problem səbəbindən qatarların hərəkətində 5 dəqiqə yubanma olub:

“Maşinist problemi aradan qaldırıb və qatar yola düşüb. Ümumən xəttə 5 dəqiqəyə qədər ləngiməyə yol verilib”.

Oxşar xəbərlər