Metroda pul yükləməyə ehtiyac olmayacaq

Gələn ilin ilk yarısında Bakı şəhərinin sakinləri və qonaqları paytaxtın ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart” təmassız ödəniş kartlarının balansını onlayn qaydada artıra biləcəklər.

SOSİUM.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun özlərinə görə, hazırda bununla bağlı texniki işlər aparılır. Kartın balansını ya mobil telefon, ya da fərdi kompüter vasitəsilə artırmaq mümkün olacağı da istisna deyil.

Oxşar xəbərlər