Meyvə bazarında yeni marka: “Meyvechi” şirkəti fəaliyyətə başladı

Meyvə-tərəvəz qurusu məhsullarının istehsalını həyata keçirən “Meyvechi” şirkəti mövcud bazar rəqabətində önə çıxmağa iddialıdır.

Bu barədə SOSİUM.az-a açıqlama verən “Meyvechi” şirkətinin icraçı direktoru Mələk Abasova əsas hədəflərini açıqlayıb.

O, bildirib ki, şirkətin fəaliyyətinin əsas istiqaməti müxtəlif çeşiddə yerli və xaricdən idxal olunan meyvə-tərəvəz məhsullarının qurudulması və vətəndaşlarımıza çatdırılmasından ibarətdir:

“”Meyvechi” şirkətində meyvələrlə yanaşı, müxtəlif növ tərəvəzlərin qurudulmasına da diqqət ayırılır”.

Şirkətin istehsal etdiyi məhsulların keyfiyyətinə münasibət bildirən icraçı direktorun sözlərinə görə, istənilən vətəndaş bu məhsullardan rahatlıqla istifadə edə bilərlər.

“”Meyvechi” şirkətinin məhsullarından diabet xəstəliyi olan və pəhriz saxlayan insanlar daha çox istifadə edirlər. Çünki şirkətin istehsal etdiyi məhsulların keyfiyyəti pəhriz üçün çox münasibdir.

Yerli bazarda alternativ şirkətlərlə sağlam rəqabətə daim hazır olan “Meyvechi” şirkəti gələcək fəaliyyətində bir sıra yeniliklər etməyə də iddialıdır”.

 

Oxşar xəbərlər